Yüklənir...

shape shape shape shape

Xaricdə təhsil almaq üçün nə etməli

Xaricdə təhsil almaq üçün nə etməli

Hər hansı bir ölkədə yeni həyat qurmağın ilk addımı olaraq, xaricdə universitet oxumaq çox üstünlük verilən bir metod kimi istifadə olunur. Xaricdə sizin üçün daha uyğun universitetləri seçməklə, gələcəyiniz üçün möhkəm təməl qurmuş olacaqsınız. Həmçinin, fərqli mədəniyyətlərə maraq hissi olan bir fərdsinizsə, xaricdə universitet oxumaq və oxuyarkən doyunca gəzib yeni yerləri kəşf etmək tam sizlikdir.

Xaricdə universitet oxuyan fərd, akademik cəhətdən əvəzsiz bir bilik bazası qazanacaq. Həmçinin yeni xarici dilləri öyrənmək üçün də bu, böyük bir fürsətdir. Keyfiyyətli bir universitet təhsilini müvəffəqiyyətlə tamamlamaqla istəsəniz, universitet oxuduğunuz ölkədə, istəsəniz, xəyalınızdakı başqa bir ölkədə karyera pillələrini qalxmağa başlaya bilərsiniz. Xaricdə oxumağa qərar verdikdə sizin üçün ən vacib sual hansı ölkədə təhsil alacağınızla bağlı olur. Bu sualın cavabını konkret şəkildə cavablamazdan əvvəl özünüzə xəyalınızdakı ölkənin hansı olması sualını verə bilər, sonra isə bununla bağlı kiçik miqyaslı bir araşdırma etməklə işinizi asanlaşdıra bilərsiniz. 

Xaricdə təhsil müraciətləri

Seçdiyiniz ölkədə universitet oxumaq üçün oxumaq istədiyiniz universitein müraciət prosesini və tələblərini diqqətlə izləməlisiniz. Universitetə qəbul üçün müraciət tarixlərinin nə vaxt başlayıb, nə vaxt sona çatdığını, hansı diplom və sənədlərin hazırlanmalı və təqdim edilməli olması kimi bir çox məlumatı universitetinizin öz veb-saytından öyrənə bilərsiniz. Həmçinin bu məlumatları öyrənmək üçün universitetin öz veb-saytından istifadə etmək ən zəmanətli və etibarlı məlumatı öyrənməyinizə kömək edəcək. Xarici bir universitetə müraciət edərkən olduqca diqqətli olmalısınız. Çünki sizdən tələb olunan sənədlərdən birinin əksik və ya yanlış olması nəticəsində müraciətiniz ləğv olunub bütün zəhmətiniz və əziyyətinizi boşa sərf etmiş ola bilərsiniz.

Xaricdə universitet oxumaq üçün lazım olan sənədlər 

Hər ölkənin özünə görə universitet təhsilinə qəbula müraciət prosesi var. Bu müraciət prosesinin çox diqqətli şəkildə izlənilməsi qəbul olunma şansınızı da artıracaq. Əlbəttə, qəbul edilmək üçün ən vacib tələb lazım olan diplom və sənədlərin tam şəkildə hazırlanıb təhvil verilməsidir. Xaricdə universitetdə oxumaq üçün lazım ola biləcək sənədləri sizin üçün aşağıdakı kimi sıralamışıq:

 

  • Orta məktəb attestatı və ya universitet diplomu, magistr müraciəti üçün bakalavr diplomu mütləqdir.
  • İngiliscə akademik transkript
  • Müvafiq universitetin onlayn müraciət forması
  • Niyyət məktubu
  • Tövsiyə məktubları (3 ədəd kifayətdir)
  • Maliyyə çıxarışları
  • TOEFL və IELTS imtahan nəticələri
  • SAT balı, bunu bütün universitetlər tələb etmir.
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın