Yüklənir...
Xaricdə təhsil tələbələrin universitet seçimi sayəsində bənzərsiz bir təcrübə yaşamaqdan əlavə sosial, akademik və dil bacarıqlarını inkişaf etdirmələrinin əla bir yoludur. Xaricdə təhsil universitet illərini gözəlləşdirə bilər və həmçinin iş tapmaq məsələsində həqiqətən kömək etməklə tələbələrini həyatlarını maraqlı edəcək və iş tapmaq məsələsində üstünlük verəcək. Tələbə əgər universitet təhsilinin hamısını və ya bir hissəsini xaricdə tamamlamağı düşünürsə, xaricdə təhsil üçün ən yaxşı universitetlərin siyahısını izləməlidir.
ABŞ beynəlxalq tələbələr üçün bir nömrəli təhsil məkanıdır. Dünyanın ən yaxşı universitetlərinə malik olması ilə tanınır, buna görə də niyə bu qədər populyar bir seçim olması başa düşüləndir.
Tələbələr burada yalnız ən son texnologiyalı təsislərdən istifadə edə, akademik cəhətdən dinamik bir sistemdə yetişmək və məzunlar üçün yüksək maaş potensialı olan iş şansı verən bir universitetdən çox nüfuzlu bir diplom əldə etmir, həmçinin bunu edən zaman əylənə bilərlər. ABŞ-da yaşanan universitet həyatı, kampus abı-havası, yüksək səviyyəli idmanları və dərsdən kənar fəaliyyətləri ilə dünyaca məşhur olan ABŞ universitetləri karyeraya hazırlığa və məzunların iş dünyasında uğurlu olması üçün lazım olan iş təcrübəsi və bacarıqlara malik olmasını təmin etməyə istiqamətlənməyə meyllidirlər. ABŞ-da təhsil almağı seçməyin üstünlüklərindən biri də Fakultativ Praktik Təhsildir. Bu, tələbələrin aldıqları təhsildən sonra ABŞ-da 3 ilə qədər işləməsinə imkan yaradan bir proqramdır.
Beynəlxalq səviyyədə tanınan Ivy League müəssisələrindən innovasiya mərkəzlərinə qədər, tələbələr burada nə təhsili aldıqlarından asılı olmayaraq müxtəlif fürsətlər əldə edəcəklər. Hər il ABŞ-a 750 mindən çox beynəlxalq tələbə universitet təhsili almaq üçün gəlir. Tələbələrin ABŞ-da oxuyarkən olduqları şəhəri bəyənmədikdə universieti dəyişmək istədiklərinə qərar versələr, ABŞ-da universitetlər arasında keçid etmək kifayət qədər asandır. Əlavə olaraq, ABŞ-da beynəlxalq təhsil, xarici tələbələrin sayının sadəcə 350 min olduğu 19950-ci illərin ortalarından bəri ciddi şəkildə inkişaf edib. Beynəlxalq tələbələr ABŞ-da ali məktəb tələbələrinin təxminən 5%-nə bərabərdir və bu rəqəm getdikcə artır. Bu səbəbdən digər ölkələrdən 1 milyondan çox tələbə təhsilini burada almağı və ABŞ-da yaşamağı seçməklə bu ölkəni dünyada ən böyük beynəlxalq tələbə sayına malik olan ölkəyə çevirib.
İngiltərədə müxtəlif növdə yüksək keyfiyyətli universitetlər mövcuddur və qiymətlər müəssisələr arasında fərqlənir. Ancaq dövlət həm öz ölkəsinin tələbələri, həm də beynəlxalq tələbələr üçün bir neçə təqaüd proqramları təqdim edir. Tələbələr adətən iş təcrübəsi qazanmaq üçün çalışırlar və hətta məzun olmamış belə ixtisasa uyğun İngiltərədə iş tapmaq mümkündür. Mədəniyyətlərin birləşdiyi bir nöqtə olan İngiltərədə oxuyan tələbələrin nə maddi, nə də əyləncə cəhətdən çatışmazlıqları olması qeyri-mümkündür.
Dünyada hər il orta hesabla yarım milyondan sonra beynəlxalq tələbə İngiltərəyə oxumaq üçün gəlir. Dünyaca məşhur universitetlrə, müxtəlif mədəniyyət və tarixlərin, eləcə də bir İngiltərə diplomunun gətirə biləcəyi fürsətlər tələbələr tərəfindən bəyənilir və buna görə də onlar çox vaxt İngiltərəyə üstünlük verir.
Əlavə olaraq İngiltərədə oxuyan tələbələr üçün təqdim edilən Magistr Yolu Vizası beynəlxalq tələbələrə məzun olduqdan sonra 2 il ərzində Birləşmiş Krallıqda yaşayış və işləmək icazəsi verdiyi üçün bu da öz növbəsində çox böyük üstünlükdür.
Tələbələrin universitet həyatı vaxtını yaxşı keçirməsi üçün Nottinqem və Yorkdakı qədim qalalardan Londondakı çılğın çoxmədəniyyətli icmalara qədər, İngiltərənin təqdim edə biləcəyi çox məkan var və bu da ölkəni xaricdə təhsil alarkən əylənmək istəyən tələbələr üçün ən yaxşı ölkələrdən birinə çevirir. Həmçinin bir tələbə İngiltərəni kəşf etməkdən əlavə, əksər nəqliyyat yollarının İngiltərədən keçməsi ilə əlaqədar olaraq, Avropanın hər yerini asanlıqla və ucuz şəkildə gəzmək fürsəti də əldə edəcək.
Tələbələr dünyanın hər yerindən beynəlxalq şəkildə qəbul edən bir diplomu olan bir təhsil almaq üçün Kanadaya gəlir. Kanadanın təhsil sistemi cəlbedicidir və universitetlərinin çox dünya sıralamasında yer tutur.
Tələbələr burada təhsildən əlavə ölkənin zəngin və müxtəlif mənzərələrini kəşf etməkdən zövq ala bilərlər. Qarlıq dağla və qumlu çimərliklərdən Vankuver və Toronto kimi məşhur tələbə şəhərlərinə qədər, burada tələbələrin ziyarət edə biləcəkləri yerlərin sayı-hesabı yoxdur.
Kanada həyat keyfiyyəti cəhətdən də dünyanın ən yaxşı ölkələrindən biridir. Mükəmməl təhlükəsizlik statistikaları, mehriban cəmiyyəti, qüsursuz səhiyyə xidmətləri və inkişaf edən bir biznes dünyasına malik olan Kanada beynəlxalq tələbələrin üstünlük verdiyi ölkələr arasındadır.
Təhsilinin nüfuzu get-gedə artan Çin Avropa və Amerikadan sonrakı yerdə qərarlaşıb. Çin universitetləri qlobal sıralamalarda sürətlə yuxarılara qalxmaqdadır və tələbələr üçün olduqca ucuz başa gələn mükəmməl bir təhsil təcrübəsi təklif edirlər.
Çin iqtisadiyyatının ən zirvədə olduğu dövrlərini yaşayır və qarşıdan gələn illərdə ABŞ-ı keçməsi ehtimal olunur. Buna görə də tələbələr iqtisadi supergücün mərkəzində işləməklə fantastik karyera fürsətlərinin qapılarını aça bilərlər.
Çində oxumaq tələbələr üçün Çin mədəniyyətini görmək, eyni zamanda Mandarin dilini öyrənməyin ən yaxşı yoludur. Mandarin dünyada ən çox danışılan dildir və onun beynəlxalq ticarət və siyasətdəki rolu həmişəki ilə müqayisədə getdikcə artmaqdadır. Tələbələr əgər dili yaxşı bilərsə, iş tapmaq ehtimalları artacaq.
Avstraliya ümumilikdə tələbə sayına görə ən yüksək tələbə faizinə malikdir. Qızılı qumlu çimərliklərin və daim parlayan günəş işığı ilə yanaşı tələbələrini ölkənin ən yaxşı universitetlərində yetişdirərək onlara əvəzolunmaz bir həyat təklif edir.
Avstraliyada ixtisasların müxtəlifliyinə görə ağlınıza gələ biləcək istənilən sahədə təhsil ala bilərsiniz. Təhsil haqları digər ingilisdilli ölkələrlə müqayisədə kifayət qədər ucuzdur, bu səbəbdən də tələbələr burada təhsil alarkən çox da maliyyə çətinliyi yaşamırlar.