Yüklənir...
Xaricdə oxumaq ilk baxışdan göründüyü kimi asan olmaya bilər. Komfort zonanızdan, ailənizdən, dostlarınızdan və evinizdən ayrılmaq çətin ola bilər. Buna baxmayaraq, xaricdə təhsil almağın hədsiz üstünlükləri var. Daha yaxşı öyrənmə və araşdırma fürsətlərindən qazanclı karyeraya və intellektual inkişafa qədər gedir və adətən, faydalar mənfi cəhətlərdən daha çox olur. Sizin üçün xaricdə təhsil almağın ən əsas faydalarını sıralamışıq. Əgər beyninizdə xaricdə oxumağın yaxşı, ya da pis olması barədə suallar varsa, bu yazını oxumağınızı mütləq məsləhət görərdik.
1. Səyahət və kəşf
Xaricdə təhsil almağın ən böyük üstünlüklərindən biri dünyanın fərqli bölgələri gəzmək və kəşf etmək fürsətidir - yeni mədəniyyətləri, şəhərləri və ölkələri təcrübədən keçirmək. Sadəcə dünyagörüşünüzü genişlətməkdir, həm də fərdi inkişaf üçün yeni metodlar tapmağınıza kömək edəcək.
2. Təhsilin keyfiyyəti
Dünya standartlarında bir təhsil, xaricdə təhsil almağın ən cəlbedici cəhətlərindən biridir. İş dünyasında ən yaxşılardan və tanınmış universitetlərdən təhsil almaq əvəzsiz bir üstünlük hesab olunur.
3. Müxtəlifliyi qəbul etmək
Xaricdə tanınmış bir universitetdə oxuyursunuzsa, 30-40 fərqli ölkədən tələbə ilə rastlaşa bilərsiniz. Qlobal təhsil müxtəlifliyi qəbul etməyinizə, fərqli mədəniyyətlərdən olan insanlarla tanış olmağınıza və yeni dillər öyrənməyinizə imkan verəcək. Müxtəlif ölkələrdən olan insanlarla tanış olmaq insanlarla ünsiyyət bacarıqlarınızı inkişaf etdirməyinizə kömək edəcək.
4. Ömürlük münasibətlər yaratmaq
Dünyanın hər yerindən olan yeni insanlarla tanış olmaq üçün bu, əvəzsiz bir fürsətdir. Gələcəkdəki şəbəkə yaratma mövzusunda sizə kömək edə biləcək daimi münasibətlər qura bilərsiniz.
5. Peşəkar yollar tapın
Qlobal təcrübələriniz peşəkar təcrübələrinizə böyük təsir göstərə bilər. Yeni peşəkar maraq dairələri, yollar və həvəslər tapın. Yeni bir dil öyrənməkdən tutmuş sahibkarlığa, seçdiyiniz sahədə xaricdə işləməyə qədər bir çox fürsətiniz var.
6. Əvəzsiz öyrənmə təcrübələri
Xaricdə təhsil almağın ən maraqlı üstünlüklərindən biri də yeni bir öyrənmə sisteminə məruz qalmaqdır. Bənzərsiz tədris modullarına və öyrənmə metodları ilə tanışlıq öyrənmə üsulunuzu yeniləyəcək.
Yuvanı tərk etmək həmişə pis bir şey deyil. Xaricdə təhsil almaq müstəqil yaşamağınız deməkdir. Tanış və təhlükəsiz olan evinizdən uzaqda yaşadıqca özünəinam qazanacaqsınız. Xaricə köçmək öz-özünüzə kifayət edə bildiyinizi, məsuliyyət hissinizi və qərar vermə prosesinizi sınağa çəkəcək.
8. Özünəinam yaratmaq
Yeni mədəniyyətlərə, həyat tərzlərinə və təhsil sistemlərinə məruz qalmaq əhəmiyyətli həyat bacarıqları inkişaf etdirməyinizə kömək edəcək. Müstəqillik, elastiklik, komanda işi, insanlarla ünsiyyət bacarıqları və intellektual inkişaf bunlara bir nümunədir. Bu bacarıqlar özünəinamınızı artıqmağınıza böyük töhfə verəcəklər. Ünsiyyət bacarıqlarınızı olduqca inkişaf etdirərkən bir çox maneə ilə qarşılaşacaqısınız və onlara qalib gələcəksiniz. Yeni bir dil öyrənmək də bu yeni kəşf edilən özünəinama töhfə verəcək. Xaricə çıxanlar israr etmək əvəzinə özlərini müxtəlifliyə təslim etməyi öyrənməlidirlər.
Bunlar xaricdə təhsil alarkən qazanmaq ehtimalınız olan üstünlüklərdən bəziləridir. Təbii ki, bu müddət ərzində başqa çox kiçik faydalar da olacaq. Yeni yeməkləri sınamaq, yeni mahnılar/rəqslər öyrənmək, yeni təcrübələr və ya layihələrə cəhd etmək və təcrübəçi/yarımştat işlər vasitəsilə iş təcrübəsi qazanmaq bunlara nümunədir.