Xaricdə Təhsil
8 min read
Xaricdə Təhsilin Zövqlü Ünvanı – Fransa!
23.04.2025
Fransada təhsil almaq istəyən tələbələrin sayı son illərdə durmadan artır. Əsrarəngiz mədəniyyəti, yüksək səviyyəli universitetləri və əlverişli təqaüd imkanları ilə Fransada təhsil həm akademik, həm də şəxsi inkişaf üçün ideal seçimə çevrilib. Əgər sən də Fransada universitet oxumağı, fərqli bir həyat tərzi yaşamağı və beynəlxalq karyera qurmağı düşünürsənsə, bu bloq məhz sənin üçündür.
Bu məqalədə Fransada təhsil almağın üstünlüklərindən tutmuş sənəd qəbulu prosesinə, təqaüdlərdən yaşamaq xərclərinə qədər hər şeyi öyrənəcəksən. Məqsədimiz sənə bu prosesi başdan sona qədər aydın şəkildə izah etmək və qərar verməyində köməkçi olmaqdır.
Fransa Avropanın və dünyanın ən çox xarici tələbə qəbul edən ölkələrindən biridir. Paris, Lion, Tuluza kimi şəhərlərdə yerləşən universitetlər dünyanın müxtəlif ölkələrindən minlərlə tələbəyə ev sahibliyi edir.
Fransada təhsil almaq təkcə diplom qazanmaq deyil, həm də fərqli bir düşüncə tərzi və müstəqil yaşamaq bacarığı deməkdir. Fransız universitetləri tələbələrə həm akademik bilik, həm də analitik düşünmə bacarığı qazandırır.
“Sorbonne” Universiteti, “Sciences Po”, “École Polytechnique” və digər nüfuzlu ali təhsil müəssisələri dünya sıralamasında yüksək yer tutur və beynəlxalq səviyyədə tanınır.
Fransada dövlət və özəl universitetlər mövcuddur. Dövlət universitetləri, adətən, daha sərfəli qiymətə təhsil imkanı təklif edir. Seçim edərkən ixtisas, universitetin nüfuzu və yerləşdiyi şəhər nəzərə alınmalıdır.
Əgər proqram fransız dilindədirsə, TCF və ya DELF/DALF sertifikatları tələb oluna bilər. İngilisdilli proqramlar üçün isə IELTS və ya TOEFL nəticələri əsas götürülür.
Əksər universitetlər bakalavr üçün orta GPA-nın 75%-dən yuxarı olmasını tələb edir. Magistr proqramları üçün isə 80% və yuxarı GPA üstünlük sayılır.
1. Eiffel Excellence Scholarship
Fransız Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunan bu təqaüd magistr və doktorantura səviyyəsində təhsil almaq istəyən beynəlxalq tələbələr üçün nəzərdə tutulub.
2. Campus France Təqaüdləri
Campus France platforması vasitəsilə müxtəlif hökumət və özəl təqaüd proqramlarına müraciət etmək mümkündür. Bəzi proqramlar yalnız konkret ölkələrin vətəndaşlarına yönəlib.
3. Erasmus+ proqramı
Əgər Fransa ilə Erasmus müqaviləsi olan bir universitetə qəbul olmusansa, təhsil müddətində Erasmus+ vasitəsilə maliyyə dəstəyi ala bilərsən.
Təqaüd məbləği ölkədən və müddətdən asılı olaraq dəyişir
4. Fransa Səfirliyinin təqaüdləri
Bəzi ölkələrdə Fransa Səfirliyi özəl və ya dövlət təşkilatları ilə birlikdə tələbələrə təqaüdlər təqdim edir. Bu proqramlar əsasən yüksək nəticəli tələbələrə yönəlib və məhdud sayda yer olur.
5. Universitet daxili təqaüdlər
Bəzi ali təhsil müəssisələri, xüsusilə də mühəndislik və menecment sahəsində fəaliyyət göstərən “Grande École” universitetləri, yüksək nəticə göstərən beynəlxalq tələbələrə öz daxili təqaüdlərini təqdim edirlər.
Fransada yaşayan tələbələr üçün bəzi banklar (məsələn, BNP Paribas, Société Générale) aşağı faizli təhsil kreditləri təklif edir. Beynəlxalq tələbələr də bəzən bu kreditlərə müraciət edə bilər, lakin zəmanətçi tələb oluna bilər.
Fransada yaşayan tələbələr üçün ən böyük dəstək mənbələrindən biri CAF-dir. Bu proqram vasitəsilə tələbələr aylıq olaraq 100-300 avro arası yaşayış yardımına sahib ola bilərlər.
Kirayədə yaşayan tələbələr üçün böyük üstünlükdür
Onlayn müraciət edilir və cavab adətən 1-2 ay çəkir
Bəzi universitetlər sosial vəziyyəti zəif olan tələbələrə əlavə yaşayış və yemək kuponları təklif edir. Universitetin sosial işçiləri ilə görüşərək bu imkanlardan faydalanmaq mümkündür.
Motivasiya məktubu, akademik göstəricilər və tövsiyə məktubları təqaüd üçün əsas rol oynayır. Vaxtında müraciət və düzgün sənədlər uğurun açarıdır.
Motivasiya məktubunda (Lettre de motivation) nəyə diqqət yetirilməlidir?
Tövsiyə məktublarında (Lettre de recommandation) nəyə diqqət yetirilməlidir?
Öz maraqlarına və gələcək planlarına uyğun universitet seçmək uğurlu təhsilin təməlidir.
Müraciət sənədlərində öz fərqliliyini və məqsədlərini düzgün şəkildə ifadə etmək, deadline-lara əməl etmək və motivasiya məktubunu səmimi yazmaq əsasdır.
Tələbə yataqxanaları, ucuz kirayə mənzillər və "CAF" adlı yaşayış dəstəyi proqramı Fransada həyatınızı asanlaşdıracaq. Fransız dilində gündəlik danışıq bacarığı qazanmaq da uyğunlaşmanı sürətləndirir.
Dövlət universitetlərində illik təhsil haqqı 170avro və daha yuxarı olmaqla dəyişir. Yaşayış xərcləri isə şəhərə görə 600-1400 avro arasıdır.
Bəli, tələbələr həftədə 20 saata qədər işləyə bilərlər.
Ən uyğun yaş 18-30 arasıdır. Ancaq yaş məhdudiyyəti bəzi təqaüdlərdə nəzərə alınır.
Akademik nəticələr, dil səviyyəsi, motivasiya məktubu və sosial fəaliyyətlər əsas rol oynayır.
Fransada təhsil almaq həm yüksək keyfiyyətli akademik bilik, həm də zəngin həyat təcrübəsi qazanmaq üçün mükəmməl seçimdir. Əgər sən də beynəlxalq karyera qurmaq, yeni mədəniyyətlər tanımaq və özünü inkişaf etdirmək istəyirsənsə, Fransa səni gözləyir! Ətraflı məlumat və təhsil məsləhətləri üçün bizimlə əlaqə saxlayın.