8 min read
Dünyanın Ən Yaxşı İT Universitetləri
11.07.2025
İnformasiya texnologiyaları (İT) artıq həyatın hər sahəsinə nüfuz edib. Süni intellektdən tutmuş kibertəhlükəsizliyə, proqramlaşdırmadan bulud sistemlərinə qədər texnologiya sahəsindəki inkişaflar gəncləri bu istiqamətdə təhsil almağa daha çox həvəsləndirir. Bəs İT sahəsində təhsil almaq üçün dünyanın hansı universitetləri lider sayılır?
Bu yazımızda top İT universitetləri, onların təqdim etdiyi imkanlar və niyə bu qədər nüfuzlu olduqları haqqında danışacağıq. Əgər sən də texnologiyanın diliylə danışmaq istəyirsənsə, bu universitetlərə nəzər salmağa dəyər!
Dünyanın ən yaxşı texniki universiteti olaraq tanınan MIT kompüter elmləri və mühəndislik sahəsində bir çox ixtiranın beşiyidir.
Silikon Vadisinin qəlbində yerləşən Stanford, texnologiya nəhənglərinin doğulduğu yerdir. Google, Instagram və Yahoo kimi şirkətlərin əsası burada qoyulub.
Oxford yalnız humanitar sahələrdə deyil, İT üzrə də möhkəm mövqeyə malikdir. Xüsusilə, nəzəri kompüter elmləri və süni intellekt sahəsində güclü proqramları ilə tanınır.
Asiyanın texnologiya mərkəzi olaraq yüksələn Tsinghua son illərdə süni intellekt və kvant texnologiyaları üzrə diqqət çəkir.
Texnologiya və biznesi bir araya gətirən NUS, Asiyada rəqəmsal inqilabın liderlərindən biridir.
Xüsusilə “deep learning” sahəsində qlobal liderdir. Google Brain və OpenAI ilə əməkdaşlıq edən bir çox alim bu universitetdə dərs deyir.
CMU kompüter elmləri üzrə dünyanın ən qabaqcıl proqramlarından birinə sahibdir. Robototexnika, kibertəhlükəsizlik və süni intellekt sahəsində innovasiyaların önündə gedir.
Avropanın texnologiya sahəsində ən nüfuzlu universitetlərindən biri olan ETH Zurich İT sahəsində araşdırma yönümlü və nəzəri cəhətdən dərin proqramlar təqdim edir.
Cambridge kompüter elmləri sahəsində klassik yanaşmanı müasir tədqiqatlarla birləşdirir. Kriptoqrafiya, sistem arxitekturası və maşın öyrənməsi üzrə güclü proqramları ilə tanınır.
Asiyanın qabaqcıl texnologiya universitetlərindən olan SNU proqramlaşdırma, süni intellekt və robototexnika sahəsində sürətlə inkişaf edən proqramlara malikdir.
İT sahəsində təhsil almaq – bu gün yalnız bir ixtisas seçimi deyil, gələcəyin texnologiyalarına imz atmaq üçün atılmış bir addımdır. Yuxarıda sadaladığımız top universitetlər, texnologiyanın mərkəzində yer almaq və qlobal miqyasda fərq yaratmaq istəyən hər bir tələbə üçün əvəzsiz fürsətlər təqdim edir.
Əgər İT üzrə karyera qurmaq, dünyanın ən qabaqcıl texnologiyalarında iştirak etmək istəyirsənsə, yuxarıdakı universitetlərdən birini seçməyin bu yolda atacağın ən qəti addımlardandır!